Rusiya və Fransa Belarus sərhədindəki vəziyyəti müzakirə etdi
Kateqoriya məlum deyil
Rusiya və Fransa xarici işlər nazirləri Polşa-Belarus sərhəddindəki vəziyyəti müzakirə ediblər.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya XİN-in bu gün Parisdə Təhlükəsizlik Məsələləri üzrə Fransa-Rusiya Əməkdaşlıq Şurasının iclası çərçivəsində keçirilən müzakirələrlə bağlı yaydığı məlumatda qeyd olunub.
Belarus-Polşa sərhədindəki vəziyyəti müzakirə edərkən Rusiya tərəfi problemin yalnız aidiyyəti tərəflər arasında qarşılıqlı hörmətə əsaslanan dialoq yolu ilə və humanitar hüquq əsasında həllinin vacibliyini vurğulayıb", - Rusiya XİN-in məlumatında qeyd olunub.






