ÜST-dən xəbərdarlıq: Bu ölkədə 1 milyon uşaq ölə bilər
Kateqoriya məlum deyil
Əfqanıstanda 5 yaşından kiçik azı 1 milyon uşaq dərhal müalicə olunmasa, qida çatışmazlığından ölə bilər.
Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris deyib.
M.Harris beynəlxalq ictimaiyyəti Əfqanıstana humanitar yardım göstərməyə çağırıb:
"Əfqanıstanda qida çatışmazlığı problemi dərinləşir. Bu ilin sonuna kimi 5 yaşından kiçik uşaqların azı bir milyonu kəskin xəstəlikdən ölmək riski ilə üzləşib".






