Baydenlə Si Cinpinin virtual görüşünün vaxtı açıqlandı
Kateqoriya məlum deyil
ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpin noyabrın 15-də videokonfrans keçirəcək.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
"Bazar ertəsi, noyabrın 15-də axşam Prezident Co Bayden və Çin Prezidenti Si Cinpin virtual görüş keçirəcəklər. Sentyabrın 9-dakı telefon danışığının davamı olan görüşdə iki ölkə lideri ABŞ və Çin arasındakı rəqabətə necə məsuliyyətlə yanaşmağı müzakirə edəcəklər. ÇXR ilə, həmçinin maraqlarımızın üst-üstə düşdüyü sahələrdə birgə iş yolları müəyyənləşdiriləcək”.






