Logo

Rusiya və İran Təhlükəsizlik şuralarının katibləri görüşdü

Rusiya və İran Təhlükəsizlik şuralarının katibləri görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani arasında görüş olub.

Sfera.az  "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhükəsizlik Şurasının mətbuat katibi Yevgeni Anoşin bildirib.

Onun sözlərinə görə, katiblər Rusiya və İran arasında təhlükəsizlk sahəsində əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

Bildirilib ki, görüş noyabrın 11-də Hindistanın Nyu-Dehli şəhərində "Əfqanıstanda regional təhlükəsizlik üzrə Dehli dialoqu” konfransı çərçivəsində keçirilib.

Qeyd edək ki, toplantıda İran və Rusiya ilə yanaşı, Hindistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistanın Təhlükəsizlik şuralarının nümayəndələri iştirak ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR