Logo

Erməni iş adamı Moskvada güllələndi

Erməni iş adamı Moskvada güllələndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Keçmiş erməni güləşçi, iş adamı Hayk Arutyunyan Moskvada güllələnib.

Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə H.Arutyunyanın Moskva vilayətinin Krasnoqorsk rayonunun Qalevo kəndindəki şəxsi evində baş verib.

Bildirilir ki, hadisə noyabrın 8-də baş verib. Belə ki, onlara köhnə tanışları olan Aşot adlı şəxs qonaq gəlib. O, ev sahibi H.Arutyunyanla mübahisə edib. Mübahisədən sonra Aşot keçmiş idmançını tüfənglə güllələyib. Arutyunyanı xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb. Hadisəni törədən şəxs hələ saxlanılmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR