ABŞ Türkiyə sərhədinə ordu yeridir
Kateqoriya məlum deyil
ABŞ bir neçə həftəyə Yunanıstanın Evros (Dədəağac) bölgəsinə min hərbi texnika və 120 yeni hücum helikopteri yerləşdirəcək.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda bildirilib ki, regiona gələcək 3 min amerikalı hərbçini Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros şəxsən özü qarşılayacaq.
ABŞ-ın Yunanıstandakı səfiri Cefri Pyatt ən böyük təchizatın Evros bölgəsinə gətiriləcəyini bildirib:
"Hərbçilərin və texnikanın bir qismi Qərbi Frakiyada qalacaq, bir qismi də Rumıniya və Bolqarıstana göndəriləcək”.
Turan Rzayev
Sfera.az






