Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 2 bina dağılıb - VİDEO
Kateqoriya məlum deyil
Türkiyənin Konya vilayətinin Meram ilçəsində səhər saatlarna yaxın 5,1 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yeraltı təkanlar ətraf bölgələrdə də hiss edilib. Zəlzələ ocağı 10,61 km dərinlikdə yerləşib.
Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca zəlzələ nəticəsində bir nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, həmçinin yaşayış olmayan 2 bina dağılıb, daha 1 binaya ziyan dəyib.






