Logo

Rusiya ETİRAF ETDİ: “Bayraktar”ları dayandırmaq üçün 10 ədəd..."

Rusiya ETİRAF ETDİ: “Bayraktar”ları dayandırmaq üçün 10 ədəd..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyadan Ukraynanın Donbassda "Bayraktar"ları işə salması ilə bağlı daha bir açıqlama gəlib.

Sfera.az bildirir ki, bu dəfə rus hərbi ekspertlər "Bayraktar TB2”nin necə dayandırılacağını müzakirə etməyə başlayıblar. Yerli mediaya danışan ekspertlər Türkiyə istehsalı olan silahın qarşısını almaq üçün ən azı 10 ədəd "Pantsir” hava hücumundan müdafiə sisteminin lazım olduğunu deyiblər. Hətta bəziləri bunun kifayət etməyəcəyini belə bildirib.

Qeyd edək ki, Ukraynanın "bayraktar”dan  istifadə edərək separatçı qüvvələri vurması, təkcə Rusiyanı deyil, Fransa və Almaniyanı da narahat etmişdi. Hər iki Avropa ölkəsi Minsk razılaşmalarına əsasən, regionda pilotsuz təyyarələrdən istifadə edə biləcək yeganə qüvvənin ATƏT olduğunu bildirmişdi.

Xatırladaq ki, Ukrayna Donetskdə "Bayraktar”la separatçılara məxsus D-30 Haubitsa topunu məhv edib. Məlumata görə, hücum əmrini Baş Qərargah rəisi verib. "Bayraktar” topu vursa da, separatçılar qaça bilib.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR