Logo

Dünyada koronavirusa yoluxanların sayı 249 milyon nəfəri ötdü

Dünyada koronavirusa yoluxanların sayı 249 milyon nəfəri ötdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyada koronavirusa yoluxma halların sayı 249 549 888-ə yüksəlib.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, pandemiya ərzində dünyada COVID-19-dan ölənlərin sayı 5 044 893 nəfərə yüksəlib. Qeyd edilir ki, koronavirus əleyhinə peyvənd olunanların sayı 7,2 milyardı keçib.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerdə Hindistan, Braziliya, Böyük Britaniya, Rusiya və digər ölkələr qərarlaşıb.

Birləşmiş Ştatlar dünyada COVID-19-dan ölüm sayına görə də birincidir. Siyahıda ikinci yerdə Braziliya, üçüncü yerdə Hindistan (452 290) qərarlaşıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR