Logo

Saakaşviliyə ÇEVRİLİŞ İTTİHAMI: “Hakimiyyəti zorla ələ keçirmək istəyir”

Saakaşviliyə ÇEVRİLİŞ İTTİHAMI: “Hakimiyyəti zorla ələ keçirmək istəyir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili dövlət çevrilişi cəhdinin təşkilatçılığında ittiham edilir.

Sfera.az bildirir ki, bu barədə kəşfiyyat agentliyinin səlahiyyətli şəxslərindən biri "TASS” agentliyinə danışıb. O qeyd edib ki, ölkədə şənbə gününə planlaşdırılan nümayişlər həbsdə olan keçmiş prezidentin təşkil etdiyi çevriliş planının bir hissəsidir. "Bu hərəkatlar hakimiyyəti zorla ələ keçirmək məqsədi daşıyır və məhbus Mixail Saakaşvili tərəfindən planlaşdırılıb”, -deyə həmin şəxs əlavə edib.

Kəşfiyyat xidmətinin bu iddiası Saakaşvilinin saxlandığı həbsxana qarşısında keçirilən etiraz aksiyalarına sərt müdaxilə ehtimalını artırıb.

Qeyd edək ki, hazırda 12 saylı Rustavi həbsxanasında saxlanılan 53 yaşlı sabiq prezident bir aydan çoxdur ki, aclıq aksiyası edir.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR