Şavkat Mirziyoyevin inauqurasiyası bu tarixdə keçiriləcək
Kateqoriya məlum deyil
İkinci dəfə Özbəkistanın Prezidenti seçilən Şavkat Mirziyoyev sabah vəzifə başına keçəcək.
Sfera.az Özbəkistan parlamentinin Yuxarı palatasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, Mirziyoyevin inauqurasiya mərasimi noyabrın 6-sı keçiriləcək.
Mərasim zamanı ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev iştirakçıları Prezident seçkilərinin nəticələri ilə tanış edəcək.
Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri oktyabrın 24-ü keçirilib. Şavkat Mirziyoyev səslərin 80,12%-ni qazanaraq yenidən Prezident seçilib.






