Logo

Fransada qatar mühacirləri vurdu, ölən və yaralananlar var

Fransada qatar mühacirləri vurdu, ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransanın Pa-deKale departamentində yerli marşrut istiqamətində hərəkət edən qatar mühacirləri vurması nəticəsində 1 miqrant ölüb, 3-ü yaralanıb.

Sfera.az  "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə O-de-Frans regionunun hərəkət vasitələri üzrə sədr müavini Frank Dersen tviter səhifəsndə bildirib.

Onun sözlərinə görə, hadisəni Bo-Mare dairəsində yerli TER qatarı törədib: "Ölən və yaralananlar Eritreyadan olan miqrantlardır”.

F.Dersen vurğulayıb ki, yağışlı havada mühacirlər dəmiryolu ilə hərəkət edirmiş: "Yol yaxşı işıqlandırılmadığından onlar qatarın gəldiyini, maşinist isə mühacirləri görməyib”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR