Logo

Sibirdə radardan itən təyyarə qəzaya uğrayaraq yandı

Sibirdə radardan itən təyyarə qəzaya uğrayaraq yandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sibirdə göyərtəsində 7 nəfərin olduğu An-12 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, təyyarə Yakutsk şəhərindən İrkutska istiqamətində uçuş edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarə Sibirin İrkutsk vilayətində eniş etmək istəyərkən qəza baş verib.

Qəzaya uğrayan təyyarə Belarusun "Qrodno" aviaşirkətinə məxsus olub.

Nazirlikdən bildiriblər ki, Yakutsk şəhərindən İrkutska uçan təyyarə təyinat yerindən təxminən 7 kilometr aralıda eniş etmək istəyərkən radarlardan itib.

Xilasedicilər qəza yerini müəyyənləşdiriblər və təyyarənin yandığı barədə məlumat veriblər.

Orxan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR