Kreml PUA-lardan qorunmağın yolunu tapıb? - ŞƏRH
Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, Rusiya Qarabağ müharibəsində rus silahlarının PUA-lar qarşısında aciz qalmasından sonra bu sahəyə xüsusi diqqət ayırmağa başladı:
"Lakin indi Moskvanı narahat edən Ukraynanın Donbasda separatçılara qarşı "Bayraqdar” tətbiq etməsidir: Kiyev Qarabağ müharibəsi taktikasından istifadə edəcəksə, bu, separatçılar üçün çətin olacaq.
Moskva anlayır ki, separatçıları "Bayraqdar”lardan qoruya bilməyəcək. Mövcud vəziyyətdə genişmiqyaslı müharibə də ruslara yeni sanksiyalarla üzləşmək, xüsusilə "Şimal axını – 2” layihəsinin önünün kəsilməsi riskinə görə sərf etmir. Bu baxımdan, Ukrayna sərhədinə qoşun toplamaqla Kiyevi və ABŞ-ı separatçılara qarşı əməliyyatdan çəkindirmək gedişi edir: kiçik müharibəyə qarşı "böyük müharibə" blefi.
Putinin müşavirə keçirməsi də əslində Rusiyanın "Bayraqdar”larla necə mübarizə aparacağını bilmədiyini göstərir”.
Turan Rzayev
Sfera.az






