Logo

ABŞ İran tankerini ələ keçirməyə cəhd etdi - Oman dənizində gərgin anlar

ABŞ İran tankerini ələ keçirməyə cəhd etdi - Oman dənizində gərgin anlar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ Oman dənizində İrana məxsus neft tankerini ələ keçirməyə cəhd edib, lakin buna nail ola bilməyib.

Sfera.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, ABŞ Oman dənizində İran neftini daşıyan tankeri ələ keçirib və nefti başqa tankerə yüklədikdən sonra tankeri naməlum istiqamətə aparıb.

İran İnqilab Keşikçiləri Ordusu ABŞ-ın ələ keçirdiyi neft tankerinə helikopter enişi edib  və tankerdə nəzarəti ələ keçirib. Onlar tankeri İranın ərazi sularına yönəltməyi bacarıblar.

Bundan əlavə, ABŞ donanmasının tankeri geri almaq üçün bir neçə helikopter və döyüş gəmisi ilə müdaxilə etməyə çalışdığı, lakin buna nail olmadığı da bildirilib. Sözügedən tankerin hazırda İran ərazi sularına gətirildiyi açıqlanıb.

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR