Nazir Ancelina Colidən DANIŞDI
Sfera.az bildirir ki, nazir ötən gün Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) tədbirində iştirak edib və çıxışı zamanı Hollivud ulduzu Anceli Colinin adını hallandırıb.
Belə ki, Soylu əvvəlcə Türkiyənin son iki ildə üzləşdiyi fəlakətlərin, bəzi ölkələrin bir əsrdə qarşılaşa biləcəyi fəlakətlərin sayı qədər olduğunu vurğulayıb və AFAD çalışanlarına bu istiqamətdə gördükləri işlərə görə təşəkkür edib.
"Banqladeşdən Yəmənə qədər, dünyanın bir çox bölgəsinə yardım etdiniz, yardım etdik, onları dəstəklədik, insanlığı qoruduq. Bəziləri kimi Ancelina Colinin şəkli üstündən sadəcə "mış” kimi etmədik. Siz, dünyanın bir çox əziyyət çəkmiş bölgələrində, hər yerdə güclü Türkiyə mənzərəsini, Türkiyə anlayışını ortaya qoymusunuz”, - deyə nazir əlavə edib.
Günay Rəsulqızı
Sfera.az






