Logo

Bu ölkələr Şimali Koreyaya qarşı sanksiyaların yumşaldılmasını istəyir - Layihə BMT-yə təklif edildi

Bu ölkələr Şimali Koreyaya qarşı sanksiyaların yumşaldılmasını istəyir - Layihə BMT-yə təklif edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya və Çin BMT Təhlükəsizlik Şurasına Şimali Koreyaya qarşı sanksiyaları yumşaltmaq üçün qanun layihəsi təqdim edib. 

Sfera.az xəbər verir ki, qanun layihəsi Şimali Koreyanın dəniz məhsulları və toxuculuq məhsulları ixracına qoyulan qadağanı, eləcə də təmizlənmiş neft idxalına məhdudiyyətləri aradan qaldırmağa yönəlib.

Qeyd edək ki, qətnamənin BMT Təhlükəsizlik Şurasında qəbul edilməsi üçün 15 üzvdən ən azı 9-u lehinə səs verməli və daimi üzvlərin heç biri veto hüququndan istifadə etməməlidir.

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR