“Rusiyanın tundrası yanır, Putin isə susur” - Bayden
Kateqoriya məlum deyil
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini tənqid edib.
Sfera.az xarici KİV-nə istinadən xəbər verir ki, Bayden bu barədə Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin Qlobal İqlim Dəyişikliyi üzrə 26-cı Konfransında çıxışı zamanı danışıb.
"Rusiyada Putinlə eyni vəziyyət yaşanır. Onun da tundrası yanır. İqlimlə bağlı ciddi problemlər var. Amma o, susur”, - deyə ABŞ lideri bildirib.
Onun sözlərinə görə, Rusiya və Çin Romada keçirilən G20 sammitində "görünməyiblər”: "Çin dünya lideri olduğunu iddia edir, amma G20 kimi önəmli forumlarda iştirak etmir”.






