Logo

Efiopiyada fövqəladə vəziyyət elan edildi

Efiopiyada fövqəladə vəziyyət elan edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Efiopiya hökuməti ölkənin şimalındakı gərginliklə əlaqədar fövqəladə vəziyyət elan edib.

Sfera.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, sözügedən qərar paytaxt Əddis-Əbəbənin şimalında, Tiqray bölgəsi ilə sərhədə daha yaxın olan Amhara bölgəsindəki Dessiye və Kombolça şəhərləri ətrafındakı vəziyyətlə bağlıdır.

Əddis-Əbəbə rəhbərliyi şəhər sakinlərinə yaxın iki gün ərzində paytaxtın müdafiəsinə hazır olmalarının vacibliyini bildirib.

Dessiye və Kombolça Əddis-Əbəbədən təxminən 400 km şimalda Amharada yerləşir və onların ətrafında Efiopiya ordusu ilə "Tıqray Xalq Azadlıq Cəbhəsi”nin qüvvələri arasında qarşıdurma davam edir.

1991-2018-ci illərdə Efiopiyada hakim mövqelərdə olan "Tiqray Xalq Azadlıq Cəbhəsi" hazırkı baş nazir hakimiyyətə gəldikdən sonra müxalifətə keçib. Efiopiyanın şimalı 2020-ci ilin noyabrından münaqişələrin episentridir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR