Prezidentə hücum edildi - Sülhməramlılar yaralandı
Kateqoriya məlum deyil
Misirdən olan 10 BMT sülhməramlısı Mərkəzi Afrika Respublikasında baş verən atışmada yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Məlumata görə, Prezident Qvardiyası atəşə tutulub. Nəticədə Mərkəzi Afrika Respublikası rəhbərinin mühafizəsində iştirak edən sülhməramlılar yaralanıb.
Atışma zamanı bir nəfər dinc sakin isə ölüb.
Dünya mediası misirli sülhməramlı taborun Prezidentin iqamətgahının 300 metrliyində mövqe tutduğunu yazır.
Aysel
Sfera.az






