"Çin və Rusiya mənə xəyal qırıqlığı yaşatdı" - Bayden
ABŞ prezidenti Co Bayden Rusiya və Çindən şikayət edib.
Sfera.az bildirir ki, Ağ Ev sahibi bu barədə G-20 zirvəsi haqqında danışarkən deyib. O bildirib ki, sözügedən dövlətlər zirvədə iştirak etmədikləri üçün iqlim böhranı ilə bağlı öhdəlik götürməyiblər. "Buna görə də xəyal qırıqlığı yaşadım”, deyə Bayden əlavə edib.
ABŞ prezidenti, həmçinin karbon tullantıları istiqamətində ölkəsinin ilk ticarət anlaşmasına imza atdığını da vurğulayıb:
"Biz iqlim böhranı ilə bağlı G20 sammitinin ən mühüm layihələrindən birini hazırlamışıq. Vergilərdən tutmuş elektrik cihazlarına və nəqliyyat vasitələrinə qədər də investisiya üçün resurslar ayıracağıq”.
Xatırladaq ki, İtaliyanın "Böyük iyirmiliyə” (G20) sədrliyi çərçivəsində Romada keçirilən G20 ölkələrinin liderlərinin ikigünlük sammiti oktyabrın 31-də başa çatıb.
Günay Rəsulqızı
Sfera.az






