Logo

Ərdoğan Qlazqo İqlim Sammitində iştirak etməyəcək

Ərdoğan Qlazqo İqlim Sammitində iştirak etməyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək iqlim dəyişikliyi ilə bağlı sammitdə iştirak etməyəcək.

Sfera.az "Anadolu”ya istinadən xəbər verir ki, buna səbəb kimi Şotlandiyanın bir sıra protokol məsələləri razılaşdırmamasıdır.

Bildirilib ki, sammitdə çıxış edəcək liderlərin siyahısında Rəcəb Tayyib Ərdoğanın adı yoxdur.

Məlumata görə, Qlazqoda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşü planlaşdırılırdı. Ancaq onlar İtaliyanın paytaxtı Romada keçirilən "G-20”liyin zirvə toplantısı çərçivəsində görüşüblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR