Səudiyyə Ərəbistanında “Halloween” bayramı qeyd edildi
Kateqoriya məlum deyil
Xristianlıqda xüsusi günü təmsil edən "Halloween” Səudiyyə Ərəbistanı xalqı tərəfindən qeyd olunub.
Sfera.az xəbər verir ki, ABŞ-ın Səudiyyə Ərəbistanını təcrid etməsinin qarşısını almaq üçün vəliəhd şahzadə Məhəmməd ibn Salman tərəfindən bir çox yeniliklər edilib.
Onlardan biri də xristianların keçirdiyi "Halloween”in qeyd olunmasıdır.
Hər il oktyabr ayında bütün dünyada qeyd olunan və adətən əylənmək üçün qorxulu kostyumların geyinildiyi bu bayramı səudiyyəlilər də qeyd ediblər.Bu il "Halloween” üçün xüsusi şənlik təşkil edən səudiyyəlilər şənlikdən əvvəl toplu formada alış-veriş ediblər.
Əyləncə mərkəzləri biri-birindən fərqli əyləncə konseptləri hazırlayıblar. Səudiyyəlilər küçələrdə və xüsusi məkanlarda öz qorxulugeyimləri ilə əyləniblər.Əzizə Zeynal






