Ərdoğanla Bayden bu tarixdə görüşəcək
Kateqoriya məlum deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşəcəyi tarix açıqlanıb.
Sfera.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, liderlərin görüşü bazar günü, oktyabrın 31-də baş tutacaq.
Görüş zamanı F-15 və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacağı bildirilir.
Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri "Böyük İyirmilik" (G20) ölkələri liderlərinin Roma sammitində iştirak edir.






