Logo

Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir

Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Rusiya Prezidenti Vladimir Putinin bəhs etdiyi delimitasiya xəritələri "Ermənistanın inzibati-ərazi bölgüsü haqqında” qanunda təsvir olunan sərhədlərlə 100 faiz olmasa da, ən azı 99 faiz üst-üstə düşür".

Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib.

Paşinyanın fikrincə, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası sovet dövrünün xəritələrinə əsaslanmalıdır:

"Onlar keçmiş ittifaq respublikalarının xəritələri ilə təxminən eynidir. Bəli,  bu xəritələr lazımdır, bu müzakirələr lazımdır. Ancaq bu xəritələr hüquqi əsasları olan xəritələr olmalıdır. Müxtəlif illərin xəritələri bir-birinin təkrar çapıdır”.

(Qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR