Baydenlə Ərdoğan yaxın günlərdə görüşə bilər - Ağ Ev açıqladı
Kateqoriya məlum deyil
ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan yaxın günlərdə görüşə bilər.
Sfera.az bildirir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, liderlərin G-20 zirvəsində bir araya gəlmə ehtimalı müzakirə edilir.
"Əvvəl qeyd etdiyimiz kimi, proqramda boşluqlar var. Hər iki ölkə başçısının görüşlərlə bağlı proqramının son halını hazırlamağa çalışırıq. Bayden sonuncu dəfə ilk xarici səfəri zamanı, iyul ayında həmkarı ilə görüşmüşdü. Ümid edirəm, yaxın günlərdə detalları dəqiqləşdirəcəyik” - deyə Psaki qeyd edib.
Ağ Ev rəsmisi, həmçinin Türkiyənin önəmli bir NATO müttəfiqi və bir çox sahələrdə ABŞ-ın birgə çalışdığı ölkə olduğunu vurğulayıb.
Xatırladaq ki, G-20 zirvəsi 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada baş tutacaq.
Günay Rəsulqızı
Sfera.az






