Türkiyə bu ölkəyə uçuşları ləğv etdi
Kateqoriya məlum deyil
Türkiyə Hava Yolları Sudanın paytaxtı Xartuma uçuşları ləğv edib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Hava Yolları mətbuat xidməti məlumat yayıb.
"Sudanda baş verən hadisələr səbəbindən İstanbul-Xartum-İstanbul uçuşları bu gün mümkün olmayacaq", - məlumatda bildirilir.
Qeyd edək ki, Sudanda baş nazirin həbsindən sonra qarşıdurmalar yaşanır.






