Jirinovski il yarım ərzində 7 peyvənd vurdurub
Kateqoriya məlum deyil
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bir il yarım ərzində 7 peyvənd vurdurduğunu açıqlayıb.
Sfera.az bildirir ki, siyasətçi vaksinlərdən 6-sının koronavirus əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, ilk üç peyvənd "Sputnik V” olub.
"Antikorlar azalmağa başlayanda üçüncü dozanı vurdurdum. Altı aydan sonra koronavirusa qarşı başqa bir rus peyvəndi – "EpiVac”ın iki dozasına müraciət etdim. Anticisimlərin sayı azalan kimi "EpiVac”ın üçüncü dozasından da istifadə etdim”.
Jirinovski qeyd edib ki, onlardan 7-cisi hər il qrip əleyhinə vurdurduğu peyvənddir. O həmçinin bildirib ki, vaksin olmadan, xəstəliyi dayandırmaq mümkün deyil.
Günay Rəsulqızı
Sfera.az






