Ermənistanda avtomobil dərəyə aşdı, 3 nəfər öldü
Kateqoriya məlum deyil
Ermənitanın Tavuş vilayətində yol qəzası baş verib.
Sfera.az "News.am”a istinadən xəbər verir ki, hadisə Berd-Çəmbərək yolunda qeydə alınıb.
Belə ki, "UAZ” markalı avtomobil dərəyə aşıb. Nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.






