Logo

Misirdə fövqəladə vəziyyət ləğv edilib

Misirdə fövqəladə vəziyyət ləğv edilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Misir prezidenti Əbdülfəttah Sisi ölkədə 4 ildən artıqdır davam edən fövqəladə vəziyyət rejimini ləğv etmək barədə qərar verib.

Sfera.az xəbər verir ki, o, bu haqda öz feysbuk səhifəsində açıqlama verib.

Misir prezidenti öz bəyanatında aşağıdakı kimi yazıb:

"İllər sonra ilk dəfə bütün ölkə üzrə fövqəladə vəziyyət rejimini ləğv etmək qərarına gəldim. Uzun müddətdir, mübarizə apardığımız bu anı birlikdə yaşadığım üçün xoşbəxtəm. Misir öz vəfalı xalqı sayəsində indi regionda təhlükəsizlik və sabitlik vahəsinə çevriləcək”.

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi iyulun 12-də 17-ci dəfə 3 ay müddətinə uzadılıb. İyulun 24-dən qüvvədə olan fövqəladə vəziyyət rejiminin bu gün yenidən uzadılacağı gözlənilirdi.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR