Logo

"Taliban" işçilərə maaş əvəzinə buğda verəcək

"Taliban" işçilərə maaş əvəzinə buğda verəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Taliban” rejimi işçilərin maaşını buğda ilə ödəyəcək.

Sfera.az bildirir ki, bu barədə "Taliban” Administrasiyasının İnkişafı Agentliyinin sədr müavini Rıyazettin Şərifi məlumat verib. O, Əfqanıstanda yoxsullara iş imkanı yaratmaq məqsədilə həyata keçiriləcək layihədən söz açıb. Şerifinin sözlərinə görə, 2 aylıq layihə çərçivəsində çalışanların hər birinə günlük 10 kiloqram, mühəndislərə isə, 16,5 kiloqram buğda veriləcək.

Qurum rəsmisi 40 min adamı işlə təmin edəcək layihə ilə bağlı çıxışı zamanı Əfqanıstanın çətin iqtisadi dövrlərdən keçdiyinə də diqqət çəkib. Sözügedən layihənin Kabil, daha sonra isə 34 bölgədə tətbiq ediləcəyini bildirib.

"Bu layihənin iki məqsədi var. Birincisi, vətəndaşları işlə təmin etmək, bununla da ailələrinə çörək aparmağa şərait yaratmaqdır. İkincisi, Kabil yayda yeraltı su ehtiyatlarının çatışmazlığından əziyyət çəkir ya da, yağış yağanda şəhər küçələrini su basır. Bu səbəbdən paytaxt ətrafındakı dağlarda və təpələrdə çuxurlar qazır və yollarda kiçik bəndlər tikirik. Beləliklə, bir tərəfdən daşqınların qarşısını almağı, digər tərəfdən torpağın suyu saxlamasını hədəfləyirik”, - deyə Şərifi əlavə edib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR