Logo

Olimpiya mükafatçısı dostu ilə birgə öldürüldü

Olimpiya mükafatçısı dostu ilə birgə öldürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ekvadorlu yüngül atlet, 200 metr məsafəyə qaçışda 2019-cu il dünya çempionatının bürünc mükafatçısı Aleks Kinyones Quayakil şəhərində öldürülüb.

Sfera.az-ın məlumatına görə, idmançı dostu ilə birgə naməlum şəxslər tərəfindən güllələnib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır, şübhəlilərin axtarışları davam edir.

Oktyabrın 22-də 32 yaşı olmuş A.Kinyones dünya çempionatının medalı ilə yanaşı, 2019-cu il Pan-Amerika oyunlarının da qalibi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR