Logo

Telman İsmayılovun problemləri bitmədi – Moskvadan YENİ HƏMLƏ

Telman İsmayılovun problemləri bitmədi – Moskvadan YENİ HƏMLƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya İstintaq Komitəsinin sədri, ədliyyə generalı Aleksandr Bastrıkin Telman İsmayılovun işi ilə bağlı göstəriş verib.

Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Bastrıkin biznesmenin Monteneqrodan Moskvaya ekstradisiya olunmamasının səbəblərini araşdırmağı tapşırıb.

"Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Telman İsmayılovun ekstradisiya olunmaması fonunda beynəlxalq hüquq idarəsi ilə Rusiya XİN-nin birlikdə şübhəli şəxsin ekstradisiya olunmama səbəblərini araşdırmağı və bundan sonra hesabat hazırlamağı göstəriş verib”-,deyə rəsmi məlumatda deyilir.

Rusiya İstintaq Komitəsi Telman İsmayılova Monteneqroda sığınacaq verilməsinə etiraz edib və onu iş adamları Vladimir Savkin və Yuri Brılyovun qətlini sifariş etməkdə ittiham edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR