Logo

Bu ölkədə yağan qar 11 nəfərin həyatına son qoydu

Bu ölkədə yağan qar 11 nəfərin həyatına son qoydu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Hindistanın şimalında yağan qar və qeyri-sabit hava şəraiti səbəbindən azı 11 nəfər həyatını itirib.

Bu barədə Sfera.az NDTV telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, 17 turist və onları müşayiət edənlərdən ibarət qrup ötən bazar ertəsi Uttarakhand ştatında Lamkhaq dağ aşırımından keçərkən itkin düşüb. Bir neçə bələdçi yaxınlıqdakı evə çatdıqdan sonra onların axtarışlarına başlanılıb. Axtarışlara hərbçilər də cəlb olunub.

İndiyədək 11 nəfərin cəsədi tapılıb. Xilas edilənlər xəstəxanaya çatdırılıb. İtkin düşmüş digər 4 nəfərin axtarışları davam etdirilir. Turistlərin hamısı Yeni Dehli və Qərbi Benqaliyadan olan hindlilərdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR