Logo

Bu şəxslər Türkiyəyə F-16-ların verilməməsini tələb etdi

Bu şəxslər Türkiyəyə F-16-ların verilməməsini tələb etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İkisi yunan əsilli olmaqla Nümayəndələr Palatasının üzvləri olan üç deputat ABŞ Dövlət Departamentinə məktub yazaraq F-16-ların Türkiyəyə verilməməsini tələb ediblər.

Sfera.az xəbər verir ki, məktubda S-400-lərin alınmasına görə Türkiyəyə qarşı tətbiq edilən CAATSA sanksiyaları xatırladılıb.

"Oktyabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında ABŞ-ın "F-16 döyüş təyyarələrinin bir partiyasının satışını təklif etdiyini" deyib. Konqresin Türkiyənin F-35 proqramından xaric edilməsində israrlı olmasının səbəblərindən biri də S-400 və F-35-lərin birlikdə istifadəsi ilə bağlı risklərdir. Ekspertlər də Ankaranın S-400-lər almağa davam edəcəyi təqdirdə modernləşdirmə dəstlərinin Türkiyəyə verilməsinin də oxşar risklər yaradacağını bildirib. Hesab edirik ki, Türkiyənin tələbi ilə bağlı çoxsaylı xəbərlər və prezident Ərdoğanın özünün açıqlamaları bu mümkün satışa qarşı olduğumuzu bildirmək üçün kifayət qədər əsas verir. ABŞ Ərdoğan hökumətinin ABŞ qanunlarını və NATO alyansının standartlarını pozduğuna görə məsuliyyətdən yayınmasına icazə verə bilməz, - məktubda deyilir.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR