Logo

Türkiyə F-35-lər üçün ABŞ-a 3 seçim təklif etdi

Türkiyə F-35-lər üçün ABŞ-a 3 seçim təklif etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə F-35-lər üçün ABŞ-a 3 seçim təklif edib.

Sfera.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç məlumat verib. O, Türkiyənin "F-35” proqramından ayrılmasının yalnız özlərinə deyil, həm də NATO-ya önəmli zərbə vurduğunu bildirib.

"Bizim üçün seçimlər bəsitdir. Ya bu proqrama geri dönəcəyik, ya bizə vəd edilən qırıcı təyyarələri alacağıq , ya da pulumuzu təhvil verəcəklər.  Bu çərçivədə F-35 üçün ödədiyimiz təxminən 1,4 milyard dolların F-16-nın modernləşdirilməsi istiqamətində istifadəsi də variant olaraq gündəmdədir. Biz bunu amerikalı tərəfdaşlarımızla müzakirə edirik və nəticəyə uyğun hərəkət edəcəyik”, - deyə o bildirib.

Xatırladaq ki, Türkiyə "F-35” üçün 1,4 milyard dollar ödəyib, lakin ABŞ bu qırıcıları satmaqdan imtina edir. Səbəb kimi isə Türkiyənin Rusiyadan "S-400” zenit-raket kompleksləri almasını göstərir. Daha əvvəl, məsələyə münasibət bildirən Türkiyə lideri Rəcəp Tayyip Ərdoğan bəyan etmişdi ki, ABŞ "Patriot" raketdən müdafiə sistemini Türkiyəyə satsaydı, Ankara "S-400"ləri almaq məcburiyyətində qalmayacaqdı.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR