Rusiyada koronavirusun yeni, daha təhlükəli növü aşkarlandı
Kateqoriya məlum deyil
Rusiyada koronavirusun daha yoluxucu sayılan yeni variantı -AY.4.2 aşkar edilib.
Sfera.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor” rəsmisi Kamil Hafizov ölkədə bir neçə nəfərdə yeni ştamma yoluxma halı qeydə alındığını bildirib.
"Bəzi bölgələrdə yeni növə delta plus deyilir, lakin eyni ad əvvəllər başqa bir variant üçün istifadə olunduğundan indi bəzi qarışıqlıqlar var", - deyə Hafizov bildirib.
O, yeni variantın Rusiyada və dünyada geniş yayıla biləcəyini vurğulayıb.Turan Rzayev






