Logo

Türkiyədə iki bacı 15 dəqiqə fərqlə koronavirusdan öldü - FOTO

Türkiyədə iki bacı 15 dəqiqə fərqlə koronavirusdan öldü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyənin Samsun şəhərində iki bacı bir-birindən 15 dəqiqə fərqlə koronavirusdan dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bacılardan biri "Çarşamba” dövlət xəstəxanasının laboratoriyasında, digəri isə həmin xəstəxananın yeməkxanasında işləyib.

Qeyd olunur ki, bacılar 1 ay əvvəl koronavirusa yoluxublar və evdə müalicə alıblar. Lakin bir müddət əvvəl onların vəziyyətləri pisləşib və "Çarşamba” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Buna baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, 36 yaşlı Elif Aydın Yamak bir, 43 yaşlı İlknur Ünal isə dörd uşaq anasıdır.

(Qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR