Logo

Navalnı Saxarov mükafatına layiq görüldü

Navalnı Saxarov mükafatına layiq görüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyalı müxalifət lideri Aleksey Navalnı  Avropa Parlamentinin Saxarov mükafatına layiq görülüb.

Sfera.az bildirir ki, bu barədə  Strasburqda keçirilən plenar iclasda Avropa Parlamentində təmsil olunan siyasi partiyaların liderləri tərəfindən qərar verilib.

Məlumata görə, Navalnı Boliviyada ölkə prezidentinin əvəzləyicisi olmuş, siyasətçi Janin Anyes ilə birlikdə sözügedən mükafata namizəd göstərilib. 50 min avroluq mükafatın dekabrın 15-də Strasburqda keçiriləcək Avropa Parlamenti sessiyasında təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, fevralın 2-də Federal Penitensiar Xidmətin tələbi ilə "İv Roşe” işi üzrə müxalifət lideri Aleksey Navalnının şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Hazırda o, Vladimir vilayətinin Pokrov şəhərindəki 2 saylı islah koloniyasında cəza çəkir.

Andrey Saxarov adına "Saxarov" mükafatı həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxsləri və ya bir qrup insanı mükafatlandırmaq üçün təqdim olunur.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR