Logo

Ukrayna Ali Radasının yeni I vitse-spikeri seçildi

Ukrayna Ali Radasının yeni I vitse-spikeri seçildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın hakim "Xalqın xidmətçisi" Partiyasının sədri Oleksandr Kornienko Ali Radanın (parlament) yeni I vitse-spikeri seçilib.

Sfera.az xəbər verir ki,  təyinat Radanın bu gün plenar iclasda keçirilən səsvermədə baş tutub. Onun namizədliyinin lehinə 256 deputat səs verib.

O.Kornienko çıxışında Radada islahat aparmağın vacibliyini vurğulayıb: "Biz özümüzü islah etməliyik. Qanunların tez bir zamanda qəbul olunmasını təmin etməliyik. İnsanlar bizdən sürətli qərarlar gözləyir".

O bildirib ki, ilk növbədə həm qanun layihələrinin qəbul edilməsi, həm də səsvermənin aparılması qaydalarını və prosedurunu islah etmək lazımdır.

Qeyd edək ki, Ali Radanın əvvəlki I vitse-spikeri Ruslan Stefançuk ötən həftə istefa verən Dmitri Razumkovun yerinə sədr seçilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR