Rəisi bütün müsəlmanlara çağrış etdi: "Ümmət bir olmalıdır"
Kateqoriya məlum deyil
"İslam ümməti ortaq hədəflərə doğru qətiyyətli hərəkət etməli və əməkdaşlığı inkişaf etdirməlidir”.
Sfera.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi 35-ci Beynəlxalq İslam Birliyi Konfransında çıxışı zamanı deyib.
"Ümmətin ortaq məqsədi, İslam dünyası üzərində imperialist hökmranlığı aradan qaldırmaq olmalıdır.
İkinci Dünya müharibəsindən sonra ortaya çıxan ikiqütblü dünyada SSRİ-nin dağılması ilə ABŞ özünü dünyanın yeganə supergücü olaraq gördü. Bu gün isə islam dünyasını özünə təhdid olaraq görür”.
"Bu gün bölgədə İraq, Əfqanıstan, Suriya, Livan və Yəməndə islam dünyasına düşmən olanların tələlərini görürük. Bu bölgələrdə separatçı fikirlərdən istifadə edirlər. Bütün bu tələlərin qarşısında ümmət olaraq birləşməliyik", - deyə Rəisi bildirib.Turan Rzayev






