Logo

ABŞ Gürcüstanla müdafiə sahəsində saziş imzaladı

ABŞ Gürcüstanla müdafiə sahəsində saziş imzaladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tbilisidə Gürcüstan və ABŞ-ın müdafiə nazirlikləri arasında saziş imzalanıb.

Sfera.az  xəbər verir ki, sənədi müdafiə nazirləri – Cuanşer Burçuladze və Lloyd Austin imzalayıblar.

Saziş Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilib.

C.Burçuladze deyib ki, ABŞ-la möhkəm tərəfdaşlıq Gürcüstanın sabit inkişafı, həmçinin bölgədə sülh və təhlükəsizliyin qorunmasına imkan verir: "ABŞ-la strateji əməkdaşlıqda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşuq”.

Pentaqon rəhbəri isə öz növbəsində bildirib ki, ABŞ Gürcüstanı güclü strateji tərəfdaş kimi qiymətləndirir: "Bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz olaraq qalır. Biz Gürcüstanın müdafiə sektorunda institusional islahatları dəstəkləyəcəyik, ölkənin NATO ilə əməkdaşlıq potensialını gücləndirəcəyik və qarşılıqlı fəaliyyəti təşviq edəcəyik”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR