Ərdoğandan Əfqanıstan açıqlaması
Kateqoriya məlum deyil
""Taliban” dünya dövlətləri tərəfindən qəbul olunmağa çalışır”.
Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bununla bağlı Əfqanıstan xalqına hər cür dəstək verəcəyik. Təki Əfqanıstandakı bu idarə əfqan xalqının beynəlxalq münasibətlərdə hüquqlarının qorunmasında ədalətli yanaşma sərgiləsin. Əfqanıstan xalqı ilə qədim dostluğumuz var və bunu kənara qoya bilmərik. Biz Kabil hava limanını idarə edirdik. Gələcəkdə də belə bir müqavilə bağlansa, bu cür addımlar ata bilərik", - deyə Ərdoğan bildirib.Turan Rzayev






