Logo

Bill Klinton reanimasiyaya yerləşdirildi

Bill Klinton reanimasiyaya yerləşdirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib.

Sfera.az bildirir ki, bu barədə Klintonun nümayəndəsi Ancel Urenya məlumat verib. O bildirib ki, Kaliforniya Universitetinin tibb mərkəzinə yerləşdirilən eks-prezident koronavirusa bağlı olmayan bir infeksiyaya görə mülaicə alır.

Məlumata görə, iki gündür xəstəxanada yatan 75 yaşlı keçmiş ABŞ liderinin səhhəti hazırda yaxşıdır: "Müalicədən sonra Klintonun qan göstəriciləri düzəlir və antibiotiklərə yaxşı cavab verir”.

Digər tərəfdən yerli mətbuata açıqlama verən bəzi mənbələr bildirib ki, Bill Klinton sepsis ( bədənin infeksiyasına qarşı yaranan, həyati təhlükə daşıyan bir xəstəlik) səbəbilə xəstəxanaya yerləşdirilib və ehtiyat məqsədi ilə reanimasiyada saxlanılır.

Qeyd edək ki, Klinton 1993-2001-ci illər arasında ABŞ-ın prezidenti olub.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR