Hücumlara görə bu ölkələr məsuliyyət daşıyır - Çavuşoğlu
Kateqoriya məlum deyil
"Suriyadakı YPG/PKK hücumlarını bu bölgələrdən təmizləmək üçün nə lazımdırsa edəcəyik”.
Sfera.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Terrorçuların hücumlarından həm Rusiya, həm də ABŞ məsuliyyət daşıyır. Verdikləri sözlərinə əməl etmədilər. "Hücumları qınayırıq" deyirlər, bəs bu silahları kim verir? Təlim verirsən, sonra qınama açıqlaması edirsən.
Əfqanıstandakı vəziyyəti görürsünüz. Onların humanitar yardıma ehtiyacı var. Bu yaxınlarda 33 ton ərzaq yardımı göndərdik. Ölkənin iqtisadi vəziyyəti yaxşı deyil, sistem dağılmamalıdır. Türkiyə olaraq yardımlarımıza davam edəcəyik", - deyə Çavuşoğlu bildirib.Turan Rzayev






