G20 ölkələri BMT-nin Əfqanıstanda daimi mövcudluğunu dəstəkləyiblər
Sfera.az xəbər verir ki, bu barədə G20 sədrinin Romada yaydığı bəyanatda bildirilir.
"BMT Əfqanıstan böhranının həllində mühüm rol oynayır. Təşkilatın ölkədə daimi mövcudluğunu saxlamaq lazımdır”, - deyə sammitin ümumi məqsəd və prinsiplərini əks etdirən sənəddə qeyd olunur.
"G20 ölkələri UNAMA-nın (BMT-nin Əfqanıstandakı Yardım Missiyası – Red.) Əfqanıstanda mövcudluğunu və onun öz mandatını icra etməsini qəti şəkildə dəstəkləyir, buraya beynəlxalq yardımın əlaqələndirilməsi rolu da daxildir”, - məlumatda belə deyilir.
Bildirilir ki, "Böyük iyirmilik” ölkələri Əfqanıstan rəsmilərini BMT-nin bütün əməkdaşlarının, eləcə də Əfqanıstandakı bütün diplomatik missiyaların və humanitar işçilərin təhlükəsizliyini və hərəkət azadlığını təmin etməyə çağırıb.
(APA)






