Logo

Qırğızıstan prezidentinin səlahiyyətləri genişləndirildi

Qırğızıstan prezidentinin səlahiyyətləri genişləndirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qırğızıstan prezidenti Sadır Japarov "Qırğızıstan Respublikasının Nazirlər Kabineti haqqında” qanun imzalayıb.

Qanuna əsasən, ölkə prezidentinin səlahiyyətləri xeyli genişləndirilib.

Dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, bundan sonra Japarov şəxsi təşəbbüsü ilə Baş nazir və hökumət üzvlərini vəzifədən azad edə biləcək.

Sənəd həmçinin Nazirlər Kabineti üzvləri üçün bir sıra məhdudiyyətlər müəyyənləşdirib. Belə ki, bundan sonra onlar sahibkarlıq fəaliyyətilə məşğul ola və seçki kampaniyasında inzibati resurslardan istifadə edə bilməyəcəklər.

Qeyd edək ki, adıçəkilən qanun Qırğızıstanda prezident respublikası idarəetmə üsuluna keçid prosesi çərçivəsində imzalanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR