“Türkiyəyə qarşı heç bir üstünlük qazana bilməzsiniz” - Akar
Kateqoriya məlum deyil
"Son zamanlar Yunanıstanda bəzi ölkələrin təşviqi ilə silahlanma sevgisi başlayıb. Bu cür cəhdlərlə Türkiyəyə qarşı üstünlük qazana bilməzsiniz, bu cəhddən əl çəkin! Yunanıstanda iqtisadi vəziyyət məlumdur, ciddi borc içindədirlər”.
Sfera.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
"Əvvəlcə riyaziyyata, tarixə baxın. Silahlanma sevgisi ilə bəzi israfçı xərclər edərək iqtisadiyyatı daha da pisləşdirməyin və yunan xalqının rifahına qəsd etməyin”.
"Yunanıstandakı sağlam düşüncəli insanlar bunu görməlidir. Bu təşəbbüslərin heç biri mümkün deyil. Buna qarşı bütün tədbirləri aldıq və alırıq. Bu mövzuda son dərəcə qərarlı, qətiyyətliyik”, - deyə Akar bildirib.Turan Rzayev






