Ukrayna parlamentinə yeni sədr seçildi

14:24 / 08.10.2021
1195
Ruslan Stefançuk Ukrayna parlamentinə yeni sədr seçilib.
Sfera.az xəbər verir ki, məlumatı UNN yayıb.
Məlumata görə, onun namizədliyini "Xalqın xidmətçisi” parlament fraksiyası irəli sürüb.
R.Stefançukun lehinə 261 deputat, digər namizədlərdən Aleksey Qonçarenkonun lehinə 44, Yan Zinkeviçin lehinə isə 146 deputat səs verib.
Qeyd edək ki, deputatlar Dmitri Razumkovu oktyabrın 7-də istefaya göndərib.