Fransa Avstraliyaya xəbərdarlıq etdi

Fransa Avstraliyaya xəbərdarlıq etdi
Fransanın Avstraliya ilə əlaqələrindəki dərin böhran uzun müddət davam edəcək, inamı geri qaytarmaq və problemləri həll etmək üçün isə konkret addımlar atılmalıdır.

Sfera.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yazılıb.

Nazirlik qeyd edib ki, Fransa səfirinin Kanberradan geri çağırılmasından sonra diplomatla hərtərəfli məsləhətləşmələr aparılıb.

"Avstraliyanın qərarından qaynaqlanan dərin böhran uzun müddət davam edəcək və həll edilməsi üçün konkret addımlar tələb edəcək”, - Fransa XİN-ni vurğulayıb.

Qeyd edək ki, Avstraliya daha əvvəl İngiltərə və ABŞ ilə AUKUS platforması çərçivəsində müdafiə və təhlükəsizlik sahələrində tərəfdaşığın qurulmasını və Fransanın "Naval Group” şirkəti ilə sualtı qayıq müqaviləsindən çıxdığını elan edib.

"Əsrin Müqaviləsi” adlandırılan 90 milyard Avstraliya dolları (56 ​​milyard avro) həcmində olan müqavilər Barracuda tipli 12 hücum sualtı qayığının istehsalını nəzərdə tuturdu.

Fransa Xarici İşlər Naziri Le Drian Avstraliyanın bu addımını "arxadan vurulan zərbə” adlandırıb.

Paris həm Avstraliyadan, həm də ABŞ-dan izahat gözləyir.

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...